Özünü homoseksual kimi təqdim etdi: Qaçqın statusuna imtina verildi

Təqiblərdən qurtulmaq üçün Banqladeşdən Böyük Britaniyaya qaçan 38 yaşlı Monsur Əhməd Çovdhurinin cinsi oriyentasiyası ilə bağlı verdiyi etirafın doğruluğuna məhkəmə şübhələndikdən sonra ona sığınacaq verilməsindən imtina edilib.
Sfera.az bildirir ki, Ahmed Çovdhuri Britaniyada özünü homoseksual kimi təqdim etməyə çalışsa da, əslində belə deyil.
Banqladeşin şimal-şərqindəki Sylhet şəhərindən olan Monsur hələ tələbə ikən 2009-cu ildə Britaniyaya gəlib. Kişi iddia edir ki, vətənində heç vaxt özünü təhlükəsiz hiss etməyib.
İllərlə ərizə və sübut axtardıqdan sonra, 2018-ci ilin martında birinci instansiya məhkəməsi Çovdhurinin xahişini rədd edib. Hakim onun həqiqətən homoseksual olduğuna inanmayıb.
Jurnalistlərə təqdim edilən məktubda məhkəmə şikayətçinin özünü homoseksual kimi təqdim etməyə çalışdığını, lakin əslində homoseksual olmadığını qərara alıb. Hakim sənədli materialların, sözlərini təsdiq edə biləcək şahidlərin olmaması ilə bağlı da münasibət bildirib. Dinləmələr zamanı səslənən bütün arqumentlər inandırıcı olmayıb və məsələ mahiyyətinə uyğun gəlməyib. Heç bir LGBT tədbirlərinə, gecə klublarına qatılmayıb və eynicinslilərin sevgisini əks etdirən fotoşəkillər paylaşılmayıb.
Taleyi qeyri-müəyyəndir
Bu qərardan sonra Monsour yenidən Daxili İşlər Nazirliyinə sığınacaq üçün müraciət etsə də, iyun ayında yenidən rədd ediliv. İndi kişinin taleyi naməlum vəziyyətdə qalır. Onun Banqladeşə qayıtmaq məcburiyyətində qalması riski var.
“Mən orda yaşamaqdan qorxuram, xüsusən də cinsi oriyentasiyaya görə insanlar bunu yalnız mən oradan çıxdıqdan sonra, sosial şəbəkələrdə aktivləşəndə bildilər. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi işimə baxıb qaçqın statusu verəcək”. Monsour homoseksuallığın tabu olduğu Cənubi Asiyadakı mühafizəkar vətənlərinə qayıtmaq istəməməsini belə izah edir.
Jurnalistlər məsələyə münasibət bildirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasalar da, qurum rəsmiləri qərarlarını izah etməkdən imtina ediblər.
Yeri gəlmişkən, 2022-ci ilə qədər Böyük Britaniyada qaçqın statusunun verilməsi üçün əsas kimi cinsi oriyentasiya müraciətlərin təxminən 2%-də ortaya çıxıb. Sənədləri əldə etmək üçün ərizəçilər təqib riskinin əsaslandırılmasını təqdim etməlidirlər.
Aysel