"Prezident olsam, onu işdən qovacağam" - Trampdan QALMAQALLI AÇIQLAMA

Respublikaçılar partiyasının namizədi Donald Trampın son açıqlaması gündəm olub.
Sfera.az bildirir ki, o, radio verilişinə verdiyi müsahibədə prezident olarsa, ilk vəzifədən kənarlaşdıracağı şəxsi açıqlayıb.
Belə ki, Tramp aparıcının “Prezident olanda seçim etməli olacaqsınız. Ya özünüzlə bağlı amnistiya qərarı verməli olacaqsınız ya da Cek Smiti işdən çıxarmalısınız. Seçiminiz nə olacaq”, sualını cavablandırıb. O, fikirlərini bu cür ifadə edib: “Cek Smit fırıldaqçıdır. Prezident olduğum zaman iki saniyədə onu qovacam. Ümumiyyətlə, ilk işim bu məsələ ilə bağlı olacaq”.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Konqresdə 6 yanvar reyd hadisələri və 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə cəhdi ilə əlaqədar prokuror Cek Smitin 2023-cü ilin avqustunda qaldırdığı cinayət işində ona qarşı irəli sürülən ittihamları rədd edib.Tramp 6 Yanvar hadisələri zamanı Ağ Evdə vəzifədə olduğunu və prezident kimi “toxunulmazlığına” malik olduğunu əsas gətirərək, işin rədd edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edib. ABŞ Ali Məhkəməsi iyulun 1-də Trampın bəzi məsələlərdə toxunulmazlığa malik olduğuna dair qərar verib. Oktyabrın 2-də prokuror Cek Smit Donald Trampla bağlı yeni ittiham aktı hazırlayıb. Smitin ittihamına cavab vermək üçün Trampın komandasına noyabrın 7-dək vaxt verilib. Qeyd olunub ki, hər iki tərəfin müdafiəsi nəzərdən keçirildikdən sonra Trampın mühakimə edilib-edilməyəcəyinə qərar verilməlidir.
Günay