Putin Ukrayna ilə danışıqları bir şərtlə mümkün hesab edib

Putin Ukrayna ilə danışıqları bir şərtlə mümkün hesab edib

Ukraynadakı münaqişənin həlli üçün Moskva Kiyevlə sülhün bərqərar olması variantlarını nəzərdən keçirməyə hazırdır, lakin danışıqların əsasını yeni yaranmış reallıqlar, mövcud vəziyyət təşkil etməlidi.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. 

 

“Biz yerlərdə vəziyyətə əsaslanan sülh sazişləri variantlarını nəzərdən keçirməyə hazırıq. Biz başqa heç nəyə hazır deyilik”, - deyən Putin, Ukraynanın nəhayət, xüsusi hərbi əməliyyat zamanı ərazilərin itirilməsi ilə barışmalı olduğunu ifadə edib.

 

Qeyd edək ki, oktyabrın 22-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda BRICS-in XVI sammiti keçirilib.

 

İnci 


OXŞAR XƏBƏRLƏR