Orduda xidmət etdi, mafiyanın əlinə keçdi


Orduda xidmət etdi, mafiyanın əlinə keçdi

Soyeon Li 1975-ci ildə Koreya Xalq Demokratik Respublikasında anadan olub. O vətənində yaşayarkən ağır iş, aclıq, zorakılıq və dözülməz həyat şəraiti ilə üzləşməli olub. Daha sonra xaricə qaçmağı bacarıb və indi Soyon Cənubi Koreyada yaşayır. O, Şimali Koreyalı qaçqınlar üçün təşkilata rəhbərlik edir.


Sfera.az bildirir ki, Soyeon Li bu yaxınlarda dünya mediasına öz vətənində həyatın necə olduğundan danışıb.


Soyeon Li Şimali Koreya ordusunda xidmət edib, kömür mədənində işləyib, Çin “evlilik mafiyasının” əlinə keçib və qayıqla Cənubi Koreyaya çətinliklə qaça bilib. Onun oğlu bu günə qədər Şimali Koreya düşərgələrində qalır. Soyon Li partiyanın ideallarına sadiq professorun ailəsində anadan olub. Həmçinin hakim partiyaya qoşulmaq üçün o, Şimali Koreya ordusunda 10 il xidmət etməli olub. Orada onun KXDR-dəki hakim rejimin ideyalarına baxışları kəskin şəkildə dəyişməyə başlayıb.


"Xalqıma xidmət etmək əvəzinə, əsgər geyimində yoxsul fermerlərin tarlalarını qarət etməli oldum" - deyə Li bildirib.
 

27 yaşına qədər o, digər qadın əsgərlərlə qapalı bir məkanda, daimi aclıq içində, rəhbərlərinin zorakılığından əziyyət çəkərək yaşayıb. Ordudan sonra Soyon universitetə ​​daxil ola bilməyib və iki il kömür mədənində heç bir alət olmadan, ağır şəraitdə işləməyə məcbur olub.
 

2006-cı ildə Çinə qaçmasına təkan verən isə məcburi nikahda yaşadığı məişət zorakılığı olub.
 

"Bu, mənim həyatdakı son sevincimi də aldı" - deyə Soyon bildirib.
 

KXDR-dən olan qaçqınlar tez-tez cinayətkarların əlinə keçirlər
 

Qaçmaq çox riskli bir cəhddir, çünki sərhədi keçənlər Çin polisi tərəfindən tutularaq geri qaytarıla bilər. Qaçanlar vətən xaini sayılır, düşərgələrə sürgün edilir və orada onlarla xüsusilə qəddar rəftar edilir.


Kömək üçün Li, "evlilik mafiyası" adlandırılan qaçaqmalçılara müraciət edib. Çin və Şimali Koreyadan olan cinayətkarlar Şimali Koreyalı qadınların xaricə qaçmasına kömək edəcəklərini, onları işlə və yaxşı maaşla təmin edəcəklərini vəd edirlər. Bunun müqabilində qadınlar zorlama, məcburi nikah və fahişəliklə üzləşirlər.
 

Li nəhayət 2014-cü ildə Çindən Cənubi Koreyaya qaça bilsə də, on iki yaşlı oğlunu Dəmir Pərdə arxasında qoymalı olub. O, artıq kifayət qədər pulu və əlaqələri olan da uşağı da çıxarmağa çalışsa da, Çin hakimiyyəti onu saxlayıb və KXDR-ə qaytarıb. Soyonun sözlərinə görə, indi 21 yaşlı Han Çonq Çonq, Kim Çen Inın düşərgələrindən birində qalır.
 

"Onu vəhşicəsinə təhqir ediblər, dişləri, ayaqları sındırılıb. Amma o, hələ də sağdır, mənim bildiyim bu qədərdir"- Li bildirib.
 

İndi qadın Cənubi Koreyanın Pyeongtaek şəhərində Şimali Koreyalı qaçqınlar üçün təşkilata rəhbərlik edir. Jurnalistlər qeyd edirlər ki, 1998-ci ildən bəri təxminən 35 min Şimali Koreyalı KXDR-dən Cənubi Koreyaya qaça bilib.


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Ayaqlarını çayda yumaq qərarına gələn mədənçiyə timsah hücum etdi

İndoneziyada timsah ayaqlarını çayda yumaq qərarına gələn şaxtaçıya hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə Mirror yazıb.   KİV-in mə...

Güclü idman aclığı yatırır - Alimlərdən İDDİA

Virciniya Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, intensiv məşqlər aclığı yatıra bilir.   Sfera.az xəbər verir ki, bu barədə araşdırma &...

"Onlara nə deyim, sözüm yoxdur” - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks” 0:3 hesabı ilə uduzduqları oyundan ...

Hamsterin hücumuna məruz qalan qadın öldü

İspaniyada yaşayan 38 yaşlı qadın evdə saxladığı hamsterin hücumuna məruz qalaraq ölüb.   Sfera.az bildirir ki, adı açıqlanmayan qadın 11 və 17 yaşlı...

Səudiyyə Ərəbistanında metropolun tikintisi zamanı minlərlə işçi ölür

Yeni araşdırmaya görə, hər il minlərlə işçi Səudiyyə Ərəbistanında yeni futuristik “The Line” göydələninin tikintisində dəhşətli iş şəraiti və insan...

Putin Ukrayna ilə danışıqları bir şərtlə mümkün hesab edib

Ukraynadakı münaqişənin həlli üçün Moskva Kiyevlə sülhün bərqərar olması variantlarını nəzərdən keçirməyə hazırdır, lakin danışıqların əsasını yeni yaranmış rea...