Ayaqlarını çayda yumaq qərarına gələn mədənçiyə timsah hücum etdi


Ayaqlarını çayda yumaq qərarına gələn mədənçiyə timsah hücum etdi

İndoneziyada timsah ayaqlarını çayda yumaq qərarına gələn şaxtaçıya hücum edib.
 

Sfera.az xəbər verir ki, bu barədə Mirror yazıb.
 

KİV-in məlumatına görə, 25 yaşlı mədənçi növbədən sonra ayaqlarını yaxınlıqdakı çayda yumaq qərarına gəlib. Lakin ayağını suya yaxınlaşdıran kimi yırtıcı ona hücum edib. Bu səhnə kişinin qayınatasının gözü qarşısında baş verib.
 

Timsah mədənçini sürüyərək çaya salıb. Hadisə şahidi kömək üçün kəndə qayıdıb, lakin dörd saatlıq axtarışdan sonra yerli sakinlər xilasediciləri çağırmaq qərarına gəliblər. Mütəxəssislər drondan istifadə edərək ertəsi gün itkin düşmüş şəxsi hücum yerinin yaxınlığında tapıblar.
 

Həkimlər şaxtaçının aldığı xəsarətin şiddətinə görə xilas edə bilməyiblər və yerli hakimiyyət orqanları insanlara təbii su hövzələrinin yaxınlığında diqqətli olmağın nə qədər vacib olduğunu xatırladıblar.

İnci
sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ayaqlarını çayda yumaq qərarına gələn mədənçiyə timsah hücum etdi

İndoneziyada timsah ayaqlarını çayda yumaq qərarına gələn şaxtaçıya hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə Mirror yazıb.   KİV-in mə...

Güclü idman aclığı yatırır - Alimlərdən İDDİA

Virciniya Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, intensiv məşqlər aclığı yatıra bilir.   Sfera.az xəbər verir ki, bu barədə araşdırma &...

Gürcüstan prezidentindən çevrilişlə bağlı AÇIQLAMA: "Heç kim..."

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ölkədə seçkilərdən sonra heç kim dövlət çevrilişi etməyi planlaşdırmır.    Sfera.az xəbər v...

Ancelina Coli yeni sevgi şayiələrindən sonra ilk dəfə ictimaiyyət qarşısında - FOTO

49 yaşlı amerikalı aktrisa və rejissor Ancelina Colinin özündən 9 yaş kiçik bir reperlə münasibəti var. Onlar birlikdə çox vaxt keçirirlər.   Sfer...

"Onlara nə deyim, sözüm yoxdur” - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Ayaks” 0:3 hesabı ilə uduzduqları oyundan ...

Hamsterin hücumuna məruz qalan qadın öldü

İspaniyada yaşayan 38 yaşlı qadın evdə saxladığı hamsterin hücumuna məruz qalaraq ölüb.   Sfera.az bildirir ki, adı açıqlanmayan qadın 11 və 17 yaşlı...