AZAL yeni aksiyaya start verdi - Endirimlər...

AZAL yeni aksiyaya start verdi - Endirimlər...

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir.

 

Bu barədə Sfera.az-a  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

 

Kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir. Həmçinin yüksək tələbat dövrləri istisna olmaqla, aviaşirkətin 25 oktyabr-25 noyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

 

Təklif bu şəhərlərə səyahətinizi əlverişli qiymətlərlə planlaşdırmaq imkanı yaradır.

 

Aksiya çərçivəsində aşağıdakı qiymətlər təklif olunur:

 

Bakı-Ciddə:

 

- bir tərəfə 119 €-dan;

 

- gediş-dönüş 209 €-dan.

 

Ciddə-Bakı:

 

- bir tərəfə 129 $-dan;

 

- gediş-dönüş 229 $-dan.

 

Bakı-Bəhreyn:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 179 €-dan.

 

Bəhreyn-Bakı:

- bir tərəfə 99 $-dan;

- gediş-dönüş 189 $-dan.

Bakı-Daşkənd:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 179 €-dan.

 

Daşkənd-Bakı:

 

- bir tərəfə 99 $-dan;

 

- gediş-dönüş 189 $-dan.

 

Bakı-Ürgənc:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 169 €-dan.

 

Ürgənc-Bakı:

 

- bir tərəfə 89 $-dan;

 

- gediş-dönüş 179 $-dan.

 

Bakı-Bişkek:

 

- bir tərəfə 99 €-dan;

 

- gediş-dönüş 179 €-dan.

 

Bişkek-Bakı:

 

- bir tərəfə 99 $-dan;

 

- gediş-dönüş 189 $-dan.

 

Bakıdan Ürgənc və Bişkekə reyslər həftədə 1 dəfə, Bəhreynə - həftədə 2 dəfə, Ciddəyə - həftədə 3 dəfə, Daşkəndə isə həftədə 4 dəfə həyata keçirilir.

 

AZAL-ın xüsusi təklifindən yararlanaraq Şərqin əfsanəvi şəhərlərinə sərfəli səyahətinizi planlaşdırmaq şansını qaçırmayın!


 


OXŞAR XƏBƏRLƏR