"Bu ölkələr Tramla Harrisin seçki kampaniyalarına..." - ABŞ-də XƏBƏRDARLIQ!

ABŞ-dəki seçkilərə 2 həftə qalmış texnologiya nəhəngi “Microsoft” xəbərdarlıq bəyanatı ilə çıxış edib.
Sfera.az bildirir ki, xəbərdarlıqda Rusiya, İran və Çinin ölkədə demokratik prosesləri zəiflətmək üçün təsir səylərini artırdıqları qeyd olunub. Bu barədə “Microsoft Təhlükələrin Təhlili Mərkəzi”nin baş meneceri Klint Uotts danışıb. O, ABŞ hökumətinin seçkilərlə bağlı xarici düşmənlərin kiber və təsir fəaliyyətlərini üzə çıxarmaq üçün bir çox addımlar atdığını bildirib.
Məlumata görə, İranın kiber təsir əməliyyatlarının əsas obyekti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, Rusiyanın isə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisdir.Şirkətin bəyanatında qeyd olunub ki, rus aktorlar generativ süni intellekti öz məzmunlarına inteqrasiya etməyə davam edir, İran qrupları kiber təsir əməliyyatlarını asanlaşdırmaq üçün hazırlıqlarını gücləndirir və Çin isə diqqətini müxtəlif yerli namizədlərə və Konqres üzvlərinə istiqamətləndirir.
Bəyanatda xarici aktorların çaşdırıcı məzmunu sürətlə yayma qabiliyyətinin ictimai qavrayış və seçki nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyinə diqqət çəkilib. O cümlədən, seçicilərə, dövlət qurumlarına, namizədlərə və partiyalara internetdə aldadıcı və şübhəli fəaliyyətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Günay