Terrorçulardan birinin kimliyi məlum oldu - FOTOLAR

Terrorçulardan birinin kimliyi məlum oldu - FOTOLAR

Ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına hücum edən terrorçulardan birinin şəxsiyyəti məlum olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında bildirib.

 

Onun sözlərinə görə, digər qadın terrorçunun kimliyi ilə bağlı araşdırmalar davam etdirilir: “Dünən TUSAŞ-da baş verən xain terror aktında zərərsizləşdirilən kişi terrorçunun şəxsiyyəti müəyyənləşib. Onun PKK terror təşkilatının üzvü, “Rojger” kod adlı Ali Örek olması müəyyən edilib.

 

Şəhidlərimizə bir daha rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Heç bir terror aktı bizi qorxuda bilməz!”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, sözügedən terror hücumu nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

 


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesini aktivləşdirə bilər" - Paşinyan

Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə ...

İlham Əliyev Paşinyan ilə görüşdü - YENİLƏNDİ

Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin...

"Bu ölkələr Tramla Harrisin seçki kampaniyalarına..." - ABŞ-də XƏBƏRDARLIQ!

ABŞ-dəki seçkilərə 2 həftə qalmış texnologiya nəhəngi “Microsoft” xəbərdarlıq bəyanatı ilə çıxış edib.   Sfera.az bildirir ki, xəbərdarlı...

"Qadınlar səhnəyə çıxa bilməz" - Əməkdar artist

Əməkdar artist İlkin Əhmədov açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki,  “Rəngarəng səhər” verilişində qonaq olan sənət...

"Bakı ilə sülh müqaviləsi layihəsi 80-90% razılaşdırılıb" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90% razılaşdırılıb.   Sfera.az xəbər verir ki, o, bu bar...

Azərbaycan hotellərinin gəlirləri ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 % artaraq...