Şakiradan dəbli kişi jurnalı üçün zərif FOTOSESSİYA

Məşhur kolumbiyalı müğənni, rəqqasə və model Şakira İspaniyanın kişi jurnalı “GQ”nun noyabr buraxılışı üçün çılğın fotosessiyaya çəkilib. Oktyabrın 22-də verdiyi müsahibədə ulduz keçmiş əri, futbolçu Jerar Pike ilə ayrılıq periodunu necə keçdiyini bölüşüb.
Sfera.az bildirir ki, cazibədar fotolarda Şakira uzun saçlarını hündür at quyruğu formasında yığaraq qeyri-adi qara silikon büstqalterdə poza verib.
Başqa bir görüntüdə müğənni “Dee Pets”dən qısa yubka, “Starcat”dan tünd qırmızı straplez top və qara vintage bağlı çəkmələr geyinib.
Digər fotoda ulduzu iki gənc qucağında tutub. Bu fotoda Şakira Dilarə Fındıkoğlunun açıq-saçıq libası və “Flor de Mariya”nın qayışlı sandallarını geyinib.
Şakira müsahibə zamanı məşhur ispan futbolçu Pikedən boşanma mərhələsini necə keçdiyini danışıb. 47 yaşlı müğənni ayrılığa görə acı hisslərini ifadə etmək üçün musiqidən istifadə etdiyini etiraf edib. Qeyd edək ki, keçmiş cütlük 2022-ci ilin iyununda Şakiranın Pikenin onu aldatmaqda ittiham edilməsindən qısa müddət sonra 11 illik münasibətlərinin bitdiyini təsdiqləyib. Keçmiş həyat yoldaşlarının iki: 11 yaşlı Milan və 9 yaşlı Saşa adlı oğlu var.
Son albomu “Las Mujeres Ya No Lloran”da depressiyasan çıxma prosesini müzakirə edərək, Şakira etiraf edib:
"O albomu yazarkən hiss etdiyim bütün zəifliyi etiraf etmək və sonra onu buraxmaq asan deyildi. Ayrıldıqdan sonra aylar ərzində mən mən musiqi ifa etməyə başlayana qədər səssiz qaldım. Musiqi mənim şəfa yolum idi və olmaqda davam edir”.
Aynil