Məşhur yazıçı bu qiymətli metalı almağı tövsiyə etdi - Bahalaşacaq...


Məşhur yazıçı bu qiymətli metalı almağı tövsiyə etdi - Bahalaşacaq...

"Zəngin ata Kasıb ata" kitabının müəllifi Robert Kiyosaki gümüşün qiymətinin unsiya üçün 50 dolları keçməmiş bu metala investisiya etməyi tövsiyə edib.

Sfera.az xəbər verir ki, o, bu məsləhəti X sosial şəbəkəsindəki (keçmiş Tvitter) səhifəsində paylaşıb.
 

Dekabr gümüş fyuçersləri 23 oktyabr çərşənbə günü 3%-dən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 18:18-ə olan məlumata görə, qiymətli metalın bir unsiyasının qiyməti 33,892 dollar (-3,24%) təşkil edib. Bunu ticarət məlumatları sübut edir.
 

Son 12 ayda gümüş 49,7% bahalaşıb. Belə əhəmiyyətli artıma baxmayaraq, qiymətli metalın qiymətləri hələ də tarixi maksimumdan uzaqdır. Rekord 2011-ci ildə, qiymətlərin unsiya üçün 50 dollara qalxdığı vaxt qeydə alınıb.
 

Sentyabrın sonunda gümüşün qiyməti Federal Ehtiyat Sisteminin faiz qərarı ərəfəsində bir unsiya üçün 32,71 dollara yüksələrək, son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

İnci


OXŞAR XƏBƏRLƏR