Ankarada terror: Ölənlərin sayı beşə çatdı, 22 yaralı var - VİDEO/YENİLƏNDİ

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.
Terrorçuların insanları girov götürdüyü ehtimal olunur, doqquz nəfər həlak olub. Polis ərazini mühasirəyə alıb.
Terrorçular avtomat və tapançalarla silahlanıblar və eyni zamanda partlayıcı maddə və çoxlu sayda sursata malik ola bilərlər.
KİV-in məlumatına görə, polis helikopterləri hadisə yerində patrul çəkir.
***
Ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, terror aktı zamanı həlak olanların sayı 4-ə çatıb.
***
Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya "TRT Haber" telekanalının efirində bildirib.
"Terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, yaralananların ümumi sayı 22 nəfərdir, onlardan üçü xəstəxanadan buraxılıb", - nazir bildirib.
İlkin məlumatlara görə, hücumu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri həyata keçiriblər.
Hücum anının görüntülərini təqdim edirik:








