"Volodimir Zelenski Ukrayna üçün "B" planı hazırlayır" - BBC

"Volodimir Zelenski Ukrayna üçün "B" planı hazırlayır" - BBC

Zelenski Ukrayna üçün “B” planı yaratmaq niyyətindədir.

 

Sfera.az bildirir ki, bu barədə "BBC Ukrayna" telekanalı məlumat yayıb. Qeyd olunub ki, Zelenski müttəfiqlərinin birbaşa köməyi olmadan, Ukraynanın özü tərəfindən həyata keçirilməli olan alternativ “qələbə planı”nın hazırlanmasını əmr edib.

 

“Volodimir Zelenski başqa plan hazırlayır.  O, hakimiyyət orqanlarına ölkəyə münaqişədən sağ çıxmağa kömək edəcək təkliflər hazırlamağı tapşırıb”, - telekanal hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, yeni planın əsas məqsədi ölkənin daxili resurslarını müxtəlif istiqamətlərdə gücləndirməkdir: “Onların arasında hərbi-sənaye kompleksi, müdafiə, iqtisadiyyat və sosial siyasət var”.

 

Xatırladaq ki, bundan əvvəl Zelenski “Qələbə planı”nı hazırlayıb Qərbə təqdim edib. O, tərəfdaşlarına təqdim olunan sənədi razılaşdırmaq üçün üç ay vaxt verib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR