Belarusda prezident seçkilərinin vaxtı AÇIQLANDI
Kateqoriya məlum deyil
Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası teleqram kanalında məlumat yayıb.
“Belarus Respublikasında prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək. Müvafiq qərarı bu gün Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) deputatları qəbul ediblər”, - məlumatda deyilir.
Firuzə Əliyeva






