Elektromobillərin 60 faizindən çoxu Çində satılır - RƏQƏMLƏR

Elektromobillərin 60 faizindən çoxu Çində satılır - RƏQƏMLƏR

2024-cü ildə dünyada satılan elektrik avtomobil (elektromobil) sayının 17 milyon ədədə çatacağı və bunun 62 faizinin Çində həyata keçiriləcəyi gözlənilir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu il dünyada satılacaq avtomobillərin 19 faizi elektromobil olacaq.

 

Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2024” hesabatına əsasən, bu ilin birinci yarısında dünyada 7 milyon elektrik avtomobili satılıb. Bu dövrdə satışlar ötən ilin birinci yarısı ilə müqayisədə 25 faiz artıb. Elektrikli avtomobil satışlarında bu artımın 80 faizi Çinin payına düşüb.

 

Dünyada satılan 7 milyon elektrikli avtomobilin 4 milyonu Çində satılıb. Əgər Çin nəzərə alınmasa, dünyanın qalan hissəsində elektrikli avtomobil satışlarının artımı 10 faiz olub.

 

Avropa İttifaqında (Aİ) satışlar sabit qalarkən, ABŞ-də tədricən artım müşahidə olunub. İlin sonuna qədər qlobal elektrik avtomobil satışlarının 17 milyona çatacağı və elektrik avtomobillərinin ümumi qlobal avtomobil parkında payının ilin sonuna qədər təxminən 5 faizə yaxınlaşacağı gözlənilir.

 

Bu il 17 milyon elektrikli avtomobil satışının 10 milyonunun Çində görüləcəyi təxmin edilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR