Ermak: Kiyev yalnız Ukraynanın bütövlüyünü ifadə edən təşəbbüsləri öyrənməyə hazırdır

Ermak: Kiyev yalnız Ukraynanın bütövlüyünü ifadə edən təşəbbüsləri öyrənməyə hazırdır

Ukrayna yalnız ölkənin ərazi bütövlüyünün qeydə alınacağı sülh təşəbbüslərini nəzərdən keçirməyə hazırdır. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak Finlandiyanın Hufvudstadsbladet qəzetinə yazdığı məqalədə yazıb.

 

"Ukrayna Ukraynanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və tam suverenliyini dəstəkləmək şərti ilə münaqişənin həlli üçün bütün mümkün variantları müzakirə etməyə hazırdır", - mətndə deyilib.

 

Ermakın sözlərinə görə, Ukrayna onun mövcudluğuna təhlükə yarada biləcək hər hansı dəyişikliyi qəbul edə bilməz.

 

Bundan əvvəl Volodimir Zelenski ümid edirdi ki, Qərb dövlətləri Kiyevə respublikanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində NATO-ya üzv olmaq üçün dəvət təqdim edəcəklər. O hesab edir ki, hüquqi baxımdan heç kim işğal olunmuş əraziləri başqa dövlətlərin əraziləri kimi tanımayacaq. 

 

İnci 


OXŞAR XƏBƏRLƏR