Bəbir parkda dincələn insanlara hücum edib - FOTO

Bəbir parkda dincələn insanlara hücum edib - FOTO

Hindistanda bəbir parkda dincələn insanlara hücum edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Şahidlərin dediyinə görə, bəbir parkda piknik edən 60 nəfərlik qrupa qəfil hücum edib. Yırtıcı yüksək sürətlə insanların üzərinə qaçıb, nəticədə iki nəfər başından xəsarət alıb.

 

 

Polisdən verilən məlumata görə, həmin vaxt xidmətdə olmayan qadın və məmurun da tibbi yardıma ehtiyacı olub. Bildirilir ki, hadisədən sonra bəbir insanların qışqırığından qorxaraq yenidən meşəyə qaçıb.

 

Bundan əvvəl pələng küçə tualetinə gedən adamı parçalayıb . Yırtıcı malayziyalını dişləməyə başlayıb, lakin bu anda qurbanın arvadı heyvanı qorxudaraq köməyə gəlib.

 

İnci


OXŞAR XƏBƏRLƏR