Xoruza görə qonşularını məhkəməyə verdi

Xoruza görə qonşularını məhkəməyə verdi

Fransanın Burgoin-Jallieu şəhərində bir sakin qonşularının xoruzlarına (Ricco) görə şikayət edib.

 

Sfera.az bildirir ki, şikayətçi əvvəlcə meriyaya, sonra isə məhkəməyə şikayət edib. Şikayətdə bildirilir ki, qonşunun xoruzu onu narahat edir. Qeyd edək ki, Fransada bənzər bir məhkəmə işi 70 yaşlı sahibinə xoruzu kəsmək əmri verilməsi ilə başa çatmışdı.

 

Bu iş üzrə məhkəmə isə yanvar ayına planlaşdırılıb. Şikayətçi qadın bildirib ki, Rikkoya görə diqqətini cəmləməkdə və eşitməkdə çətinlik çəkir, eyni zamanda yuxusu da yoxdur. Səs-küyün nə gecə, nə də gündüz səngimədiyini deyən qonşunu xorusun banlaması narahat edir.

 

5 yaşlı quşun sahibləri isə bu iddia ilə razılaşmır. Onlar öz növbəsində izah ediblər ki, xoruzun qaldığı yerin qapısı avtomatlaşdırılmış sistemlə idarə olunur, ona görə də qapılar yalnız qışda saat 08:30-da, yayda isə saat 09:00-da açılır. Onların sözlərinə görə, Rikko səhər 15 dəqiqə ərzində təxminən 15 dəfə, gün ərzində isə daha bir neçə dəfə banlayır. Saat 20:00-da toyuq hininin qapısı bağlanır.

 

Xoruz saxlayandan sonra özümüzə dedik ki, qonşuları narahat etməmək üçün saat 08:30-da toyuq hininin qapılarını açaq. Qışda toyuqlar artıq yumurta qoymurlar, çünki onların işığa ehtiyacı var, ona görə də qışda onu saat 8:30-da, yayda isə 9:00-da açırıq”- deyə Frank bildirib.

 

Frank bildirib ki, kənd həyat tərzindən həzz almaq üçün həyat yoldaşı ilə 25 il əvvəl Burgoin-Jallieu şəhərinə köçüb. Dava cütlüyü təəccübləndirib. Əvvəlcə narazı qonşu meriyanın ofisindən keçməyə çalışsa da, buna nail ola bilməyib.

 

"Qonşuların hamısına baş çəkdik, çoxunu 25 ildir burada yaşadığımız üçün tanıyırıq. Hamısından xoruzumuzun onları narahat edib-etməməsini soruşduq. Həmsöhbətlərimizin hamısı bildirdi ki, xoruz onları narahat etmir. Onlar da tam əksinə xoruzun necə banladığını eşitmək istədiklərini bildirdilər”- deyə xoruz sahibi vurğulayıb.

 

Məlum olub ki, iddiaçı kəndə 2021-ci ildə köçüb. O, israr edir ki, qışqırıqlar onun həyət evindən həzz almasına və yaxşı yatmasına mane olur.

 

Hüquqi mübahisə 2021-ci ildə qəbul edilmiş "Fransa kəndinin hissiyyat irsini müəyyənləşdirmək və qorumaq məqsədi daşıyan" qanundan qaynaqlanır. Xoruz sahibləri deyirlər ki, onlar həmişə kənd mühitində yaşayıblar. Qonşu isə əmindir ki, ərazi artıq kənd ərazisi deyil.

 

“Bu iş nə qədər gülməli səslənsə də, bu, Fransada ciddi məsələdir”- media qeyd edir.

 

Qeyd edək ki, bu, son illərdə üçüncü belə haldır. Əvvəlki məhkəmə prosesləri Karuzo və Maurisin xoruzları ilə bağlı olub. Məhkəmə Karuzonun 70 yaşlı sahibinə banlamağı dayandırmağı əmr edib və ona bunun üçün ona üç ay vaxt verib.

 

"Mənim kəndim öz ruhunu və torpağını şəhərin inkişafına satır" - məhkəmənin sonunda 70 yaşlı kişi bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...