Bitcoin insanların yoxsullaşmasına səbəb olacaq - İDDİA

00:00 / 23.10.2024
7723
Avropa Mərkəzi Bankı hesab edir ki, Bitcoin cəmiyyətin parçalanmasına və insanların yoxsullaşmasına görə günahkardır.
Sfera.az xəbər verir ki, bu barədə “Social Science Research Network” jurnalı məlumat yayıb. Mütəxəssislərin fikrincə, rəqəmsal valyuta tezliklə partlayacaq spekulyativ köpükdür. Onların fikrincə, bu, kifayət qədər sosial gərginliyə səbəb olacaq.
Qeyd olunur ki, məzənnənin dəyişməsi riski yarandığı halda, yalnız kiçik bir qrup insan qazanacaq, qalanları isə böyük itkilərlə üzləşəcək. ECB Bitcoin-ə sərmayə qoymayanların hamısını rəqəmsal valyutaya qarşı çıxış etməyə və onların tam ləğvinə səbəb olacaq qanunların qəbul edilməsini tələb etməyə çağırıb.
İnci