"Rusiya Gürcüstan və Moldova uğrunda üstünlüyü ələ keçirir"

"Rusiya Gürcüstan və Moldova uğrunda üstünlüyü ələ keçirir"

Rusiya Moldova və Gürcüstana təsir etmək üçün Aİ ilə mübarizədə tədricən üstünlük əldə edir.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Politico" yazıb. Nəşrin müəllifinin qeyd etdiyi kimi, uzun illər Aİ əmin idi ki, onun liberal demokratik gündəliyi sonda Gürcüstan və Moldovanı Kremlin orbitindən Qərbə aparacaq. "Bu həftəki seçkilər göstərir ki, Aİ-nin bu optimist baxışı getdikcə qeyri-müəyyənləşir", - məqalədə deyilir.
 

Belə ki, bazar günü Moldova minimum mümkün səslə - seçicilərin 50,4%-i “hə” ilə Aİ-yə üzvlük üçün səs verib. Məqalə müəllifləri Rusiyanın xeyli sayda moldova seçicisini “satın ala bildiyi” və yalnız möcüzə nəticəsində rusiyayönlü düşərgənin qalib gəlmədiyi barədə çoxsaylı bəyanatlara istinad edir. Nəşr yazır ki, səsvermə ölkənin birliyini nümayiş etdirmək əvəzinə yeni təhlükəli demarkasiya xətti yaradıb və Kremli nəticəni pozmağa cəhd etməyə dəyər olduğuna inandırıb. Ona görə də şənbə günü Qafqaz ölkəsində keçiriləcək seçkilərdə qalib gələcəyi gözlənilən hakim “Gürcü arzusu” partiyası Aİ-yə üzvlüyünü qeyri-mümkün edəcək qeyri-liberal proqrama sadiq qalmaq niyyətindədir.
 

"Qərb siyasətçilərinin dərk etmələrinin vaxtı çatıb ki, Rusiyanın müharibəsi təkcə Ukrayna ilə məhdudlaşmır - bu, Moskvanın təsir edə biləcəyini düşündüyü istənilən yerdə demokratik dünya ilə mübarizəyə yönəlib. Hərçənd riskə meyilli olmayan Avropa və Amerika rəsmiləri fərdi taktika kateqoriyalarında düşünürlər, Putinin qalib gəlmək üçün istifadə etdiyi bütöv bir strategiyası var”, - Demokratların Müdafiəsi üzrə Vaşinqton Fondunun eksperti İvana Stradner bildirib.

İnci
 


OXŞAR XƏBƏRLƏR

Ərdoğanla Zelenskinin görüşü başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı görüş başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə T...

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...