Logo

Avropalılar bu avtomobillərə üstünlük verir - Rekord satış QEYDƏ ALINDI

Avropalılar bu avtomobillərə üstünlük verir - Rekord satış QEYDƏ ALINDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) sentyabr üçün Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumatlara görə, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2023-cü ilin eyni ayına görə 6,1 faiz azalaraq 809 min 163 ədəd olub.

Sfera.az xəbər verir ki, Aİ-yə daxil olan ölkələrdə satılan yeni avtomobillərin 32,8 faizi hibrid, 29,8 faizi benzin, 17,3 faizi elektrik, 10,4 faizi dizel, 6,8 faizi plug-in (Plug-In) hibrid, 2,9 faizi isə digər avtomobillər təşkil edib.

Beləliklə, sentyabrda satılan yeni avtomobillərdə hibridlərin payı ilk dəfə olaraq benzin modellərini üstələyib. Bundan əlavə, tam elektrik, hibrid və plug-in hibrid modellərin ümumi satışlarda payı 56,9 faizə çatıb.

Elektrikli avtomobil satışları sentyabr ayında keçən ilin eyni dövrünə görə 9,8 faiz artaraq 139 min 702 ədədə çatıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR