Bayden Avropada Zelenski ilə görüşə bilməyəcək
ABŞ Prezidenti Co Bayden Avropaya səfəri zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilməyəcək.
Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer adi mətbuat brifinqində bildirib.
"Bayden bu həftə Almaniyaya gedəcək, lakin ABŞ prezidenti Avropada olarkən Zelenski ilə görüşə bilməyəcək", - administrasiya sözçüsü deyib.
Eyni zamanda Jan-Pyer əlavə edib ki, Bayden oktyabrın 16-da Ukrayna lideri ilə danışmağı və yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.
Daha əvvəl bildirilmişdi ki, Co Bayden dövlət başçısı kimi fəaliyyətinin son aylarında Ukraynanı dəstəkləməyə diqqət yetirəcək. ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, ABŞ-nin vəzifəsi “danışıqlar mövqeyini gücləndirmək üçün Ukraynanı döyüş meydanında əlverişli mövqeyə qoymaqdır”.
İnci