"Ümid edirik ki, Avropa ölkələri bunu başa düşəcəklər” - Peskov
Peskov Avropanın Ukraynaya yardımlarından danışıb.
Sfera.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, Ukraynaya yardım Avropanın iqtisadi maraqlarına ziddir.
Peskov Fransa və Almaniyanın hərbi-sənaye kompleksinin səfərbərliyi ilə bağlı büdcə kəsirini belə şərh edib: “Həqiqətən də biz görürük ki, bir çox Avropa ölkələri öz hərbi sənaye kompleksinin imkanlarını səfərbər etmək baxımından müəyyən çətinliklər yaşamağa başlayıblar. Qabiliyyətlərin birgünlük məqsədlər üçün bu cür səfərbər edilməsi bu ölkələrin iqtisadi inkişaf maraqlarına ziddir. Aydındır ki, bu ölkələrin bir çoxunun potensialı bu cür səylər üçün nəzərdə tutulmayıb. Zaman keçdikcə, ümid edirik ki, bu cür xərclərin lüzumsuzluğunu başa düşəcəklər”.
Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirmişdi ki, ölkəsi büdcə kəsiri səbəbindən Ukraynaya tam həcmdə yardım göstərmək vədini yerinə yetirə bilməyəcək. Almaniyanın da oxşar çətinliklərlə üzləşdiyi qeyd olunur.
Günay