"Bir aydan sonra prezidenti impiçment yolu ilə vəzifədən kənarlaşdıracağıq" -Kobaxidze
14:13 / 16.10.2024
4103
Bir aydan sonra texniki olaraq prezidenti impiçment yolu ilə vəzifədən kənarlaşdıracağıq. Bu, deyə biləcəyimiz hər şeydir. Qalan hər şey əhəmiyyətsizdir.
Sfera.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze prezidentin texniki hökumət yaratmaq təşəbbüsü haqqında danışarkən deyib.
"Bir ay sonra biz texniki olaraq prezidenti impiçment yolu ilə vəzifədən kənarlaşdıracağıq. Bu, deyə biləcəyimiz hər şeydir. Qalan hər şey əhəmiyyətsizdir", - o qeyd edib.
Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili 26 oktyabrda keçiriləcək parlament seçkilərindən sonra müxalifət partiyaları ilə onun imzaladığı “Gürcü Xartiyası” əsasında texniki hökumətin başçısı və üzvlərinin namizədliyi barədə məsləhətləşmələr aparır.