Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü - Həbs olundu


Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü - Həbs olundu

Bakıda içkili halda anasını süpürgə ilə döyən şəxs həbs edilib.

 

Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

 

1989-cu ildə Qazax rayonunun Köçəsgər kəndində doğulmuş Rövşən anası C.V.-nın şikayəti əsasında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

 

Məlum olub ki, Rövşən içkili halda evə gələrək 1970-ci il təvəllüdlü anası ilə mübahisə edərək onu vurub, nəticədə sonuncu sağlamlığa zərər vurmayan xəsarətlər alıb. Rövşən məhkəmədə bildirib ki, sərxoş vəziyyətdə olub və evdə anası ilə mübahisələri yaranıb. O iddia edib ki, anası onu əsəbiləşdirib. Bu zaman əli ilə zəif zərbə vurub, lakin döyməyib.

 

C.V. isə oğlunun dediklərinin əksi olaraq bildirib ki, Rövşən spirtli içki aludəçisidir və bütün pulu spirtli içkiyə verir. Qadın deyib ki, oğlu içkili olduğu zaman onu döyür, işgəncə verir. Həmçinin azyaşlı nəvəsini də döyür. Sonuncu hadisədə Rövşən onu süpürgə ilə vurub.

 

C.V. oğlu ilə barışmadığını bildirib və barəsində tənbeh tədbirlərinin tətbiq edilməsini məhkəmədən xahiş edib. Məhkəmənin qərarı ilə Rövşən 20 gün müddətinə həbs edilib.(Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Müvəkkilinin günahsızlığını sübut etmək üçün məhkəmə günü özünü öldürən vəkil

Tarix boyu hüquq dünyasında çox maraqlı hadisələr olub, lakin Klement Vallandiqamın 1871-ci ildə məhkəmədə yaşadığı faciəli hadisə bəlkə də onlardan ən qeyri-ad...

26 yaşlı oğlan 50-dən çox ölkəyə səfər etdi -Səyahət xərclərini belə qarşılayır + FOTOLAR

İngiltərənin Stratford-upon-Avon şəhərindən olan 26 yaşlı Harri Caqqard üç il əvvəl darıxdırıcı işini atıb, bel çantasını yığıb səyahətə çıxıb. Adam Asiya, Afri...

“Nə qədər vaxtım olduğunu bilmirəm” - Elton Con qorxularından danışıb

77 yaşlı britaniyalı müğənni, pianoçu və bəstəkar Elton Con ölümdən qorxduğunu etiraf edib. Sfera.az bildirir ki, dünya şöhrətli sənətçi bu barədə haqqında...

Zelenski Rusiya ilə bağlı bu planı elan edəcək - Podolyak

Prezident Vladimir Zelenskinin tərəfdaş ölkələrin liderlərinə təqdim etdiyi Ukraynanın “qələbə planı” yaxın günlərdə ukraynalılara açıqlanacaq. &...

İsrail ordusu Livanda “Hizbullah”ın 50 silahlısını öldürdü

İsrailin Müdafiə Ordusunun hərbçiləri 24 saat ərzində döyüşlərdə Livanın cənubunda Livanın "Hizbullah" radikal hərəkatının 50 yaraqlısını məhv edib. ...

“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.   Sfera.az xəbər verir ki, bu barədə “Futbolinfo.az” məlumat yayıb.   Bu...