91 yaşlı prezidentin səhhəti ilə bağlı müzakirələr rəsmən qadağan edildi

91 yaşlı prezidentin səhhəti ilə bağlı müzakirələr rəsmən qadağan edildi

Kamerunda 91 yaşlı prezident Paul Biyanın sağlamlığı ilə bağlı hər hansı müzakirəni qadağan edilib. Daxili İşlər Nazirliyi prezidentin uzun müddət yoxluğunun səhhəti və ya ölümü ilə bağlı şaiyələrə səbəb olmasından sonra belə bir bəyənat yayıb.

Sfera.az bildirir ki, Kamerun prezidenti Paul Biya uzun müddətdir ictimaiyyət qarşısında görünmür. Beləliklə, də ölkədə onun xəstə olduğunu və ya artıq öldüyünü güman etməyə başlayıblar.
 

Bu həftənin əvvəlində isə rəsmilər 40 ildən artıqdır hakimiyyətdə olan prezidentin Cenevrəyə şəxsi səfəri zamanı səhhətinin yaxşı olduğunu bildirərək, onun xəstəliyi ilə bağlı şayiələri “fantaziya” adlandırıb.
 

Daxili işlər naziri Paul Atanqa Njie oktyabrın 9-da region qubernatorlarına ünvanladığı məktubda prezidentin səhhəti ilə bağlı müzakirələrin milli təhlükəsizlik məsələsi olduğunu bildirib.
 

Bundan sonra mediada prezidentin vəziyyəti ilə bağlı hər hansı müzakirə qəti qadağan edilib.
 

Paul Atanqa qubernatorlara özəl media kanallarında, eləcə də sosial şəbəkələrdə yayımlara nəzarət etmək üçün bölmələr yaratmağı tapşırıb.
 

Qeyd edək ki, 1960-cı illərin əvvəllərində Fransa və İngiltərədən müstəqillik əldə etdikdən sonra cəmi iki prezidenti olan kakao və neft istehsalçısı Kamerunda prezident Biya çox xəstələnərsə və ya ölərsə, çox güman ki, ciddi varis böhranı ilə üzləşəcək.
 

Bu addım hökumətin senzura aktı kimi tənqid edilib.
 

"Prezident kamerunlular tərəfindən seçilir və onun harada olmasından narahat olmaları normaldır"-deyə ölkənin məşhur jurnalistlərindən biri bildirib (“Canal2 International” özəl kanalı, tok-şou aparıcısı Hycent Chia).
 

"Biz Co Baydenin və digər dünya liderlərinin sağlamlığı ilə bağlı liberal müzakirələri görürük, lakin bizdə bu, tabudur".
 

Mətbuat azadlığı qrupu Jurnalistləri Müdafiə Komitəsi ciddi şəkildə narahat olduğunu bildirib.
 

CPJ-nin Afrika üzrə proqram direktoru Angela Quintal:
 

"Belə mühüm milli məsələdə milli təhlükəsizliyin arxasında gizlənmək cəhdi hədsizlikdir”-deyə bildirib.
 

Xatırladaq ki, Biya sentyabrın əvvəlində Pekində keçirilən Çin-Afrika Forumuna qatıldıqdan sonra ictimaiyyət arasında görünmür. Onun ötən həftə sonu planlaşdırıldığı kimi Fransada keçirilən sammitə qatılmaması səhhəti ilə bağlı ictimai müzakirələri daha da artırıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

XİN: Bu iki qətnaməni qətiyyətlə rədd edirik

Xarici İşlər Nazirliyi Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qəbuledilməz hesab edib.   Sfera...

Zelenski almaniyalı həmkarı ilə Ukraynanın ehtiyaclarını müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə “Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş...

Türkiyədə prospektə Azərbaycanın Milli Qəhrəmanının adı verildi -FOTO

​​​​​​Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.   Sfera.az ...

91 yaşlı prezidentin səhhəti ilə bağlı müzakirələr rəsmən qadağan edildi

Kamerunda 91 yaşlı prezident Paul Biyanın sağlamlığı ilə bağlı hər hansı müzakirəni qadağan edilib. Daxili İşlər Nazirliyi prezidentin uzun müddət yoxluğunun sə...

Aygün Kazımovadan fərqli görünüşdə - FOTOLAR

Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Pop kraliça qırmızı geyimdə obyektiv qarşısına keşib. ...

Ermənistanda zəlzələ baş verdi

Bu gün saat 20:44-də Ermənistanın Qəmərli (Artaşat) şəhərindən 8 km şimal-qərbdə zəlzələ baş verib.   Sfera.az erməni mediasına istinadla xəbər verir...