IDEA PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil etdi - FOTO


IDEA PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil etdi - FOTO

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və PASHA Qrupunun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil edilən aksiya ictimai çimərlik ərazisində baş tutub.

 

Sfera.az xəbər verir ki, təmizlik aksiyasında IDEA könüllüləri ilə yanaşı, "PAŞA Holdinq" və "PASHA Management Company" tərəfindən idarə olunan şirkətlərin 170-dən çox əməkdaşı, həmçinin "LANDAU School"un şagirdləri olmaqla ümumilikdə 250-dən çox şəxs iştirak edib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçıların topladıqları 2 tona yaxın tullantı "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

 

"Sahillər təmiz qalsın!" şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsinə yönələn səylərə cəlb etməkdən ibarətdir. Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpası üçün mütəmadi tədbirlər həyata keçirir.

 

Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq təmizlik aksiyaları təşkil edir və bu aksiyalarda iştirak etmək üçün şirkətləri, təşkilatları və qurumları birgə əməkdaşlığa dəvət edir. Təmizlik aksiyalarının birgə təşkili ilə bağlı IDEA İctimai Birliyinə müraciət edə, ətraf mühitin mühafizəsinə öz töhfənizi verə bilərsiniz. Müraciətlərinizi IDEA-nın "1113" qaynar xətti və ya [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

IDEA İctimai Birliyi bir daha hər kəsi planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.

 


OXŞAR XƏBƏRLƏR

Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı

8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar əldə edilib.   Sfera.az xəbər verir ki, Narinin öldürüldüyü gün azyaşlının əmisi Səlim Güran ...

Pul köçürmələrinə nəzarət gücləndirildi

"İqtisadi Şuranın dünənki iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı...

AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda epizootik homorraji, Danimarka K...

Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi

Rusiya Tokionun oktyabrın sonu - noyabrın əvvəlində ABŞ-lə birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı Yaponiya səfirliyinə kəskin etiraz göndərib. ...

Atasının qatilini cəzalandırmaq üçün polis oldu: Qatil 25 il sonra tapıldı

Bütün həyatını atasının qatilini tapmağa həsr edən braziliyalı qadın, nəhayət, qatili yaxalayaraq arzusunu həyata keçirə bilib. Sfera.az bildirir ki, Ghisl...

Parlamentdə bu deputatlara yeni vəzifələr verildi - SİYAHI

VII çağırış Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin rəhbərləri dəyişib.   Sfera.az Modern.az-a istinadən xəbər veri...