Bu ölkədə boks hakimi atışma zamanı həlak oldu

Bu ölkədə boks hakimi atışma zamanı həlak oldu

Qırğızıstanlı beynəlxalq dərəcəli boks hakimi Mukaş Irsaliev Bişkekdə baş verən atışma zamanı həlak olub.

 

Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, idman klubunda yaranan qarşıdurma zamanı həmçinin boks millisinin sabiq məşqçisi Jildizbek Niyazəliyev güllə yarası alıb.

 

Aparılan ilkin istintaq və əməliyyat tədbirləri zamanı hadisəni törədən şəxslər saxlanılıb.

 

Faktla bağlı Qırğızıstan hüquq mühafizə orqanları araşdırma aparırlar.


OXŞAR XƏBƏRLƏR