Paksitanda 23 nəfər adam araqdan ölüb
Dünya
17:14 / 27.12.2016
944
Pakistanın Pəncab əyalətinin Toba-Tek-Sinqx dairəsində ən azı 23 nəfər keyfiyyətsiz alkoqollu içkidən zəhərlənərək ölüb.
AzVision.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "Geo TV” telekanalı məlumat yayıb.
Məlumata görə, zəhərlənmə nəticəsində təqribən 16 nəfər xəstəxanaya yerləşdirilib və onlar hazırda müalicə olunur.
Ölənlər Yeni il bayramını qeyd edirmişlər.
Qeyd edək ki, Pakistanda alkoqollu içkilərin satışı qadağandır. Spirtli içkiləri yalnız qeyri-müsəlmanlar ala bilərlər.