İranda spirtli içkidən 41 nəfər öldü - 343 nəfər zəhərləndi

Kateqoriya məlum deyil
T
İranın dörd əyalətində son 10 gün ərzində qeyri-standart spirtli içki qəbulu nəticəsində 41 nəfər ölüb, 343 nəfər isə zəhərlənib.
Sfera.az xəbər verir ki, məlumatı Tehranda çıxan “Etimad” qəzeti yayıb.
Bildirilib ki, hadisələr İranın Mazandaran, Gilan, Həmədan və Kürdüstan əyalətlərində qeydə alınıb.






