Beyonsun anası “İlin qadını” seçildi - FOTOLAR

Beyonsun anası “İlin qadını” seçildi - FOTOLAR

Məşhur amerikalı müğənni və aktrisa Beyons ötən gün Nyu-Yorkda "Glamour" moda jurnalının "İlin qadını 2024" mükafatlandırma mərasimində iştirak edib.

 

Sfera.az bildirir ki, Beyons tədbirə anasına dəstək olmaq üçün gəlib. Onun anası Tina Noulz məşhur jurnala görə “İlin Qadını” mükafatını qazanıb.

 

32 qat Qremmi mükafatı laureatı Beyonsun 70 yaşlı anası, modelyer Tina Noulz və yaxın dostu, müğənni və model Kelli Rouland tədbirə qatılıblar. Beyons tədbirin keçirilidiyi oteldə bir qrup ulduzla foto çəkdirib.

 

Tədbir üçün Beyons uzun qızılı ipək yubka və qısaqollu dar açıq sarı pencək geyinib. İfaçının geyimi onun qamətli fiqurunu olduqca gözəl vurğulayıb. O, cazibədar görünüşünü yüksək qızılı platformalı ayaqqabılar, xəz yaxalıqlı dəbdəbəli bej palto, gün eynəyi və sarı meş əlcəklərlə tamamlayıb, əlində qəhvəyi rəngli çanta tutub. 

 

Qeyd edək ki, Beyonsun anası Tina Noulz, Billi Aylişin anası Maqqi Baird də daxil olmaqla, bir sıra digər anaları ilə birlikdə bu il “Glamour” un təşkil etdiyi sorğuda “İlin Qadını” seçilib.

 

Tina gözəl qara şalvar kostyum geyinib. Onun ipək paltarı açıq çiyinli qeyri-adi kəsikli möhtəşəm pencəkdən və zanbaq çiçəyi şəklində orijinal dekorasiyadan ibarət olub. Tina görünüşünü qara dəri çanta və zümrüd boyunbağı ilə tamamlayıb.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR