Kempbell: ABŞ və İsrail İranın hücumuna cavab variantlarını nəzərdən keçirir


Kempbell: ABŞ və İsrail İranın hücumuna cavab variantlarını nəzərdən keçirir

ABŞ İsraillə birlikdə İranın İsrail ərazisinə son hücumuna cavab variantlarını nəzərdən keçirir.

Sfera.az xəbər verir ki, bu barədə dövlət katibinin müavini Kurt Kempbell bildirib.


O, müvafiq bəyanatı analitik Karnegi Fondunda müzakirələr çərçivəsində çıxışı zamanı verib.

 

“İranın İsrailə son hücumu ilə bağlı qeyd etmək istərdim ki, təkcə İsrail öz cavab variantları üzərində düşünmür, biz də düşünürük”, - Kempbell deyib.
 

Oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumuna başladığını elan edib. Bunun fonunda bütün ölkə ərazisində hava hücumu xəbərdarlığının elan edildiyini bildiriblər.
 

Daha sonra Amerikanın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild İranı İsrail və ABŞ-yə qarşı növbəti addımlara qarşı xəbərdarlıq edib.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR