Oktyabrın 31-dək İran üzərindən uçmamaq tövsiyə edildi


Oktyabrın 31-dək İran üzərindən uçmamaq tövsiyə edildi

Avropa Komissiyası və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) regiondakı aviaşirkətlərin rəhbərliyinə İran hava məkanında uçuşlardan imtina etməyi təklif edib.
 

Sfera.az xəbər verir ki, bu barədə təşçkilatlar bəyanat verib.
 

“Avropa Komissiyası və EASA operatorlara İranın hava məkanında istənilən hündürlükdə uçmamaq barədə tövsiyə vermək qərarına gəlib”, - təşkilatların bəyanatında deyilir.
 

Müraciətin mətninə əsasən, sərəncam oktyabrın 31-dək qüvvədədir.
 

Qərar oktyabrın 1-də İran ordusunun İsrail ərazilərinə həyata keçirdiyi hücumla bağlı qəbul edilib. Təl-Əviv cavab hava hücumu edəcəyinə söz verib, ona görə də yaxınlıqdakı hava məkanında uçmaq təhlükəli ola bilər.


Oktyabrın 1-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə 500-ə yaxın raket atdıqdan sonra Yaxın Şərqdə münaqişə daha da kəskinləşib. Tehran hücumu Livanın Hizbullah şiə hərəkatının rəhbəri Həsən Nəsrullah və SEPAH komandiri Abbas Nilforuşanın İsrail silahlarından öldürülməsinə cavab adlandırıb.


Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR