Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər - SƏBƏB


Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər - SƏBƏB

Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu işdən imtina edirlər.
 

Sfera.az bildirir ki, insanlar internetə çıxışı olmadan qoyun otarmaqdan imtina edir. Sürü sahiblərindən hər ay əlavə ən azı 30 GB internet pulu da ödəmələrini istəyirlər.
Belə ki, Elazığda qoyun sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Aylıq 70 min türk lirəsi (təxminən 3500 Azn) maaş və pulsuz yemək, içki, mənzil və geyim təklif etmələrinə baxmayaraq, bu vəzifəyə işçi tapmaq faktiki olaraq mümkün deyil.
 

Yerli sürü sahibi Nurettin Çelenk bir vaxtlar 500 qoyunu olduğunu, lakin çoban tapa bilmədiyi üçün heyvanlarının çoxunu satmaq məcburiyyətində qaldığını deyib. Çoban tapmayan Çelenk qalan heyvanlara özü baxır. O deyir ki, əvvəllər çobanlar sadəcə maaş istəyirdilər, indi isə internet tələb edirlər.


Çobanlar internetə çıxış olmadan qoyun otarmaqdan imtina edirlər. Əsasən də sürü sahiblərindən “Tik Tok” izləmək üçün ən azı 30 GB mobil internet ödəmələrini istəyirlər.
 

Onu da əlavə edək ki, 70 min lirə maaş Türkiyə üçün kifayət qədər yüksəkdir. Belə ki, məsələn, bir hüquqşünas orta hesabla 15-56 min lirə, müəllim isə 13-15 min lirə maaş alır. Prokurorun maaşı 40-45 min lirə, əczaçının maaşı isə 30-100 min lirədir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milyonda bir: Qadın bu halında əkiz uşaqlar dünyaya gətirib

İki uşaqlıq yolu olan qadın sağlam uşaq dünyaya gətirib. Sfera.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb . Şen...

Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər - SƏBƏB

Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu işdən imtina edirlər.   Sfera.az bildirir ki, insanlar internetə ç...

70-ci illərdə Kanada polisinin ölümlə bitən qəddar təcrübəsi: Starlayt Turları

İddialara görə, 1970-ci illərin əvvəllərində Kanada polisləri tez-tez sərxoş və ya sərgərdan insanları öz istəklərinə uyğun olaraq saxlayıb şəhərdən kənarda ucq...

Planetimizin ən dərin nöqtəsi olan Mariana çökəkliyindəki sirli səsin səbəbi tapıldı - FOTOLAR

Mariana çökəkliyinin dərinliklərindən gələn və illərdir öz sirrini saxlayan o qəribə səsi xatırlayırsınızmı? Alimlər nəhayət ki, bu sualın cavabını və gözlənilm...

Eks-prezident: "İsrail əleyhinə idarənin rəhbəri "Mossad"ın agenti idi"

İranda bir neçə il əvvəl yaradılan İsrail əleyhinə idarənin rəhbərinin yəhudi dövlətinin kəşfiyyat orqanı olan "Mossad"ın agenti olduğu üzə çıxıb. &n...

Bu gün ölkədə onların peşə bayramıdır

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.   Sfera.az xəbər verir ki, prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur. ...