Planetimizin ən dərin nöqtəsi olan Mariana çökəkliyindəki sirli səsin səbəbi tapıldı - FOTOLAR
Mariana çökəkliyinin dərinliklərindən gələn və illərdir öz sirrini saxlayan o qəribə səsi xatırlayırsınızmı? Alimlər nəhayət ki, bu sualın cavabını və gözlənilməz şəkildə tapıblar.
Sfera.az bildirir ki, süni intellektlə işləyən alət nəhayət bu sirli səsi aşkar etməyi bacarıb. Nəticələr olduqca təəccüblüdür.
Sakit okeanın ən dərin nöqtəsində yerləşən Mariana çökəkliyində qeydə alınan qəribə səs dəniz alimlərini heyrətə salıb.
Səs əvvəlcə gəminin səsinə bənzədilsə də, belə dərinliklərdə bu nə gəminin səsi, nə də digər məlum heyvan səsi ola bilməzdi.
Əvvəlcə bunun balinaların çıxardığı bir səs olduğu düşünülsə də, onun hansı balina növü olduğu müəyyən edilə bilinməyib. Alimlər bu sirli səsə “Biotvanq” adını veriblər və araşdırmalarını dərinləşdiriblər.
Tədqiqatçılar balina səslərini müəyyən etmək üçün “Google” tərəfindən hazırlanmış süni intellekt alətindən istifadə edərək Mariana çökəkliyindəki “Biotvanq” səsini təhlil etmək qərarına gəliblər.
Qeyd edək ki, bu alət balina səslərini tanımaq qabiliyyətinə malikdir.
Vizual və akustik məlumatları birləşdirərək aparılan təhlillər nəticəsində nəhayət səsin mənbəyi müəyyən edilib: Brayd balinası.
Bu kəşf dəniz biologiyası nöqteyi-nəzərindən olduqca həyəcan vericidir, çünki bu bölgədə Brayd balinalarının varlığı və hərəkətləri haqqında çox az şey məlumdur.
Təhlillər bu balinaların Mariana arxipelaqından Ueyk adasına qədər uzanan geniş ərazidə mövsümi olaraq görüldüyünü ortaya qoyub.
Brayd balinaları, xüsusilə aşağı və orta enliklər arasında mövsümi miqrasiya edən növlər kimi tanınır.
Müşahidələr göstərir ki, bu balinalar fevral və aprel ayları arasında daha az, lakin avqust və noyabr ayları arasında daha tez-tez görülürlər.
Aynil