Uçuş 7 saat gecikib: Pilot 150 sərnişinə pizza sifariş etdi - FOTO


Uçuş 7 saat gecikib: Pilot 150 sərnişinə pizza sifariş etdi - FOTO

ABŞ-da pilot uzun uçuş gecikməsindən sonra narazılıq edən sərnişinlərə şam yeməyi sifariş etməklə onları təəccübləndirib.
 

Sfera.az bildirir ki, həmin aviareysdə sərnişin olmuş Tanya Stamos videolarının birində bu haqda danışıb.
 

Pilot vaxtında köməyə gəlib.
 

Gözləmək məcburiyyətində qalan insanlar depressiv vəziyyətin onlar üçün necə xoş məqama çevrildiyini danışıblar. Bütün sərnişinlər ekipaj üzvünün səxavətindən məmnun qalıb. Onların fikrincə, belə hallara təyyarələrdə çox rast gəlinmir.


Sentyabrın 13-də San-Fransiskodan Hyustona uçan “United Airlines” təyyarəsi Albukerke məcburi eniş etmək məcburiyyətində qalıb. Bir nəfər təyyarənin tualetində yıxılıb və təcili tibbi yardıma ehtiyacı olub.
 

Təxminən 150 sərnişin təyyarəni tərk etmək məcburiyyətində və qapalı vəziyyətdə qalıb. İşçilər müştərilərin oturmasını təşkil etməyə çalışarkən xaos yaranıb.


Tanya izah edib ki, aviaşirkət 15 dollarlıq yemək çeki təqdim edib. Lakin əksər restoranlar artıq bağlandığı üçün bu mənasız olub. Bu zaman pilot kömək etmək qərarına gəlib. Uçuşunu gözləyən hər kəs üçün bir neçə pizza sifariş edən pilot, bunu öz vəsaiti hesabına ödəyib.
 

Pilot pizzaları özü şəxsən paylayıb.

 

Videoda pilotun pizza payladığı və özünə boşqab hazırlamazdan əvvəl hər kəsin doymasını gözlədiyi görünür. Bütün sərnişinlər daha sonra təyyarəyə minə bilib və təyinat yerinə gəliblər.
 

“Təyyarədən enmək növbəsi mənə çatanda onun əlini sıxdım və arxamda dayanan hər kəs mənim kimi etdi”- deyə Tanya əlavə edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR