Hərbi təyyarə çağırıldı: Köpək balığının hücumundan sağ çıxdı
Köpəkbalığının hücumunun qurbanı olan 20 yaşlı Angus Cocott (Anqus Kokot) möcüzəvi şəkildə qaça bilib. 2,5 metrlik yırtıcı sözün əsl mənasında yox yerdən peyda olub və onun əlindən yapışıb.
Sfera.az bildirir ki, insident Fransız Polineziyasının Manqareva adasının yaxınlığında baş verib.
20 yaşlı Anqus Kokotu pusquda saxlayıb. Oğlanın bəxti onda gətirib ki, üzməyə gedərkən özü ilə dalğıc kabellərini kəsmək üçün bıçaq götürüb.
Su dayaz olub, lakin bu, boz köpəkbalığının hücumuna mane olmayıb. Kokot sağ qurtula bilib. O, cəld dalğıc kabellərini kəsmək üçün bıçağı çıxarıb və köpəkbalığını vurub. Balıq onu buraxsa da, dişləri oğlanın əlində ilişib və kiçik xəsarətlər yetirib.
Kokotu ən yaxın xəstəxanaya çatdırmaq üçün təcili olaraq hərbi təyyarə çağırılmalı olub. Mürəkkəb əməliyyat altı saat çəkib: köpəkbalığının iti dişləri Anqusun iki əsas siniri və bir neçə vətərini kəsib.
Həkimlər dəri və sinir transplantasiyası əməliyyatı aparıb, zədələnmiş əzadan diş hissələri çıxarılıb. Oğlan hələ də fiziki və sinir müalicəsi alsa da, okeana qayıtmağı
səbirsizliklə gözlədiyini də deyir.
Kokott yırtıcı köpəkbalığı hücumunu həyatını müəyyənləşdirən təcrübə hesab edir və hətta xatirə kimi köpək balığının dişlərindən medalyonlar düzəldib.
"Köpəkbalığı məni dişləyəndə panikaya vaxt yox idi. Belə vəziyyətlərdə o qədər adrenalin istehsal olunur ki, sadəcə hərəkət etmək lazımdır. Əvvəlcə çox ağrı hiss etdim və həqiqətən qolumu itirəcəyimi düşündüm. Düşünürəm ki, mən onun ərazisinə girmişdim, buna görə hələ də heyvanı günahlandırmaq olmur”- deyə o, yaşadıqlarını təsvir edir.
Aysel
Sfera.az