Netanyahu: "İsrail İran xalqının yanındadır"
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına xəbərdarlıq edib ki, İran hakimiyyəti regionu müharibəyə sürükləyir.
Sfera.az "Times of Israel"ə istinadən xəbər verir ki, o bunu bu gün İran xalqına müraciətində deyib.
Baş nazir vurğulayıb ki, İran xalqı hökumətin onlara qarşı laqeydliyindən xəbərdardır. Netanyahunun sözlərinə görə, iki xalq arasında dostluq yalnız İranda hakimiyyət dəyişikliyindən sonra mümkün olacaq.
“İran və İsrail arasında sülh bu ölkənin yaratdığı terror şəbəkəsi məhv edildikdən sonra beş qitədə bərqərar olacaq. Daha sonra ölkələrimiz qlobal investisiyalar, turizm, texnoloji yeniliklər və digər sahələrdə əməkdaşlıq edəcək və İranın Qumdan İspahana, Şirazdan Təbrizə qədər inkişafı təmin ediləcək. İranda hakimiyyət dəyişikliyindən sonra on milyonlarla insanın xoşbəxt gələcəyi təmin olunacaq. İran xalqı bilsin ki, İsrail və onun xalqı həmişə onların yanındadır. Mən yaxşı bilirəm ki, siz Hizbullahı dəstəkləmirsiniz”.
Qeyd edək ki, Netanyahu ən son 2018-ci ilin əvvəlində İran xalqına müraciət etmişdi.
İnci
Sfera.az