Mixael Şumaxerin yeganə qızı ailə qurdu - FOTO
Əfsanəvi yarış pilotu Mixael Şumaxerin iki övladının ən böyüyü- 27 yaşlı Gina Şumaxer nişanlısı Yan Betke ilə evlənib. Gina toy şəklini “İnstaqram”da paylaşıb.
Sfera.az bildirir ki, toy mərasimi ciddi məxfilik şəraitində keçib. Dəvət edilən qonaqların mobil telefonları götürülüb. Bununla, Şumaxer ailəsi icazəsiz fotoların şəbəkəyə sızmasından qaçmaq istəyib.
KİV-in məlumatına görə, mərasim 2017-ci ildə Şumaxerlərin Real Madridin prezidenti Florentino Peresdən 27 milyon funt-sterlinqə aldıqları Mayorkadakı dəbdəbəli ailə villasında baş tutub.
Mərasim təxminən yarım saat davam edib. Qonaqların sayı açıqlanmasa da, ziyafət kantri qrupunun canlı ifası ilə davam edib. Şayiələrə görə, dəvət olunanlar arasında Mayklın qardaşı Ralf və onun sevgilisi Etyen Bosket-Kassan da var. Qeyd edək ki, Gina Şumaxer və Yan Betke yeddi il sevgili olub.
Xüsusilə Mixael Şumaxerin toyda iştirakı ilə bağlı şaiyələrlə müşahidə olunan bu hadisə ictimaiyyətdən diqqətlə gizlədilib. Tədbirin bütün qonaqlarının telefonları götürülüb. Ailə heç kimin şəxsi mülkün icazəsiz fotolarını çəkməsini istəməyib. Alman KİV-i həmçinin yeddiqat dünya çempionu Şumaxerin ölümcül qəzadan təxminən 11 il sonra toyda olma ehtimalının yüksək olduğunu bildirir.
Toy mərasiminin keçirildiyi villa iki hovuzu, helikopter meydançası, idman zalı və xurma ağacları ilə örtülmüş nəhəng bağı olan 15 min kvadratmetrlik mülkün bir hissəsidir.
Toydan bir gün əvvəl axşam isə Mayorka adasında ən elit məkanlardan biri (Mhares Sea Club) Ginanın son subaylıq gecəsi ziyafəti baş tutub.
Cütlüyün evlənməyə hazırlaşdığı ilin əvvəlində məlum olub. At həvəskarları Gina və Yan, təxminən 7 il əvvəl, 2017-ci ilin dekabrında Münhendə bir tədbirdə birlikdə görünərək münasibətlərini elan ediblər.
2020-ci ilin sentyabrında media Mixael Şumaxerin Mayorkadakı villasında vaxt keçirdiyini yazıb. Keçmiş idmançı İsveçrədəki evindən Mayorkanın cənub-qərbindəki Andratx yaxınlığına eksklüziv lüks mülkə köçürülüb.
“Formula 1” komandasının keçmiş rəhbərinin həyat yoldaşı və “QPR”nin keçmiş həmtəsisçisi Flavio Briatore Elisabetta Gregoracinin sözlərinə görə, Maykl danışa bilmir, gözləri ilə ünsiyyət qurur.
Mixael Şumaxer faciəsi
11 il əvvəl baş vermiş faciəvi qəzadan sonra Şumaxerin həyatı həmişəlik dəyişib. 15 ildən çox dünyanın ən sürətli və ən təhlükəli avtomobillərini idarə edən Şumaxer təqaüdə çıxmasına 1 il qalmış, 42 yaşında dəhşətli qəza ilə ölümün bir addımlığından dönüb.
Həmin vaxt yeddi qat dünya çempionu Fransanın Meribel dağ-xizək kurortunda ailəvi tətil keçirirdi. Fəlakət baş verən zaman 14 yaşlı oğlu Mik ilə adi görünən xizək səyahətinə çıxmışdı. Çox məşhur Combe de Saulire marşrutu ilə enən Şumaxer, xırda daşlarla səpələnmiş “Piste Chamois” və “Piste Biche” arasında kiçik bir qar zolağına girərək, zolaqdan kənara çıxmaq istəyib.
Kənar hissənin nisbətən yumşaq enişinə və qısa məsafəsinə baxmayaraq, Şumaxer gizli təhlükə ilə qaşı-qarşıya olub. Qar bəzi qayaların üzərini örtüb. Şumaxerin xizəkləri bu daşlardan birinə dəyib. Şumaxer havaya uçaraq, sonra yıxılaraq başı bu daşlardan birinə dəyib. Məlum olub ki, yıxılmamışdan əvvəl o, əyləci basmağa çalışıb.
Mayklın dəbilqəsi zədələrin böyük hissəsindən onu qorusa da, zərbənin təsirindən çatlayıb. Şumaxer başından ağır xəsarət alıb.
Komaya düşdükdən sonra o, iki dəfə beyin əməliyyatı keçirib. Sağ qalsa da, vəziyyəti ağır olaraq davam edir.
2014-cü ilin aprelində həkimlər onu tədricən komadan çıxarmaq üçün prosesə başlayıblar, iyun ayına qədər onun hərəkət etməsi təhlükəsiz hesab edilib.
Daha sonra Şumaxer reabilitasiya üçün Lozanna Universitet Xəstəxanasına göndərilib. Şumaxerin ailəsi isə İsveçrənin Gland şəhərində, Cenevrə gölünün sahilindəki evinə köçüb. Həyat yoldaşı Korinna isə Şumaxerin vəziyyəti ilə bağlı tam məxfilikdə israr etdiyi üçün onun səhhəti ilə bağlı yeniliklər nadir hallarda yayılır.
Bir neçə etibarlı adamdan başqa heç kimin ciddi təhlükəsizlik protokolları altında Şumaxerin otağına daxil olmasına icazə verilmir ki, bu da onun vəziyyəti ilə bağlı bir sıra şayiələrə səbəb olur. Məhz buna görə də ailə dəfələrlə avantüristlər tərəfindən ictimai hücum və şantajlara məruz qalıb.
Aysel
Sfera.az