"Zelenskinin "Qələbə planı"nıukraynalılar da görəcək" - Yermak
“Zelenski "Qələbə planı"nı vətəndaşlara da göstərmək niyyətindədir”.
Sfera.az bildirir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib. O qeyd edib ki, buna baxmayaraq planın tam mətni təqdim edilməyəcək.
Yermakın sözlərinə görə, Ukrayna vətəndaşları planı yalnız Kiyevin Qərb tərəfdaşlarından sonra görəcəklər:
“Bu, prezidentin planıdır və söz verildiyi kimi, ABŞ prezidentinə və tərəfdaşlarına təqdimatdan sonra ukraynalılara da göstəriləcək. Amma burada çox həssas olan hissələr var, onlar qapalı qalmalıdır. İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir, bu baxımdan bəzi təfərrüatlar gizlidir”.
Qeyd edək ki, sentyabrın 26-da Zelenski Vaşinqtonda Amerika lideri Co Baydenlə görüşüb və "Qələbə planı"nı müzakirə etmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, burada Vaşinqtonun qərarından asılı olan məqamlar var. Dövlət katibi Antoni Blinken ABŞ-nin Kiyevin təklif etdiyi planı öyrənəcəyini bəyan etməklə kifayətlənib.
Günay