Daşkəsəndə avtomobil aşdı: ölən və xəsarət alan var


Daşkəsəndə avtomobil aşdı: ölən və xəsarət alan var

Daşkəsəndə dumanlı hava şəraiti ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

 

Sfera.az-ın məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb.

 

"UAZ" markalı avtomobilin aşması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Eşqin Əhmədov aldığı xəsarətdən ölüb. Avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mehman İsrafilov müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. (Report)


OXŞAR XƏBƏRLƏR