Zelenskinin ofisi: "Qələbə planı 5 bənddən ibarətdir və 90 faiz..."


Zelenskinin ofisi: "Qələbə planı 5 bənddən ibarətdir və 90 faiz..."

Volodimir Zelenskinin hazırladığı qələbə planına beş bənd daxildir. Onların arasında Qərbdən Kiyevə “müasir silahların” verilməsi də var.
 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı dövlət başçısının ofisindəki mənbələrə istinadən məlumat yayıb.


İctimai telekanalın məlumatına görə, Zelenskinin “qələbə planı”nın dörd bəndinin bu ilin oktyabr-dekabr aylarında, beşinci bəndinin isə “müharibədən sonrakı dövrdə” həyata keçirilməsi planlaşdırılır. Sənəddə digər məsələlərlə yanaşı, Kursk vilayətinə hücumun davam etdirilməsi və Ukrayna Silahlı Qüvvələrinə “müasir silahların” verilməsi qeyd olunur.


Daha əvvəl Volodimir Zelenski ABŞ prezidenti Co Bayden, seçki namizədləri Donald Tramp və Kamala Harrisə təqdim edəcəyi qələbə planının 90%-dən çox hazır olduğunu bildirib. Ukrayna lideri vurğulayıb ki, sənəddə sadalanan addımlar “vəziyyətin düzgün inkişafını” təmin etməlidir.
 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Zelenskinin bəyanatını şərh edərkən bildirib ki, Rusiya xüsusi əməliyyatı davam etdirir və bütün məqsədlərinə çatacaq.

İnci


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...