Ən ucuz şərab bu ölkədə satılır - QİYMƏT

Ən ucuz şərab bu ölkədə satılır - QİYMƏT

Şərab qiymətlərinin ən aşağı olduğu ölkələrin siyahısı hazırlanıb.

 

Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dünyada ən ucuz şərablar Butanda satılır. Ölkədə bir şüşə şərabın qiyməti 3,58 dollardır.

 

Siyahının ikinci pilləsində Argentina (4 dollar) , üçüncü pilləsində isə Ukrayna (4,34 dollar) yerləşib. Cənubi Afrika 6-cı (4,6 dollar), Portuqaliya 9-cu (5,02 dollar), Moldova 11-ci (5,15 dollar), Çili 12-ci (5,37 dollar), İspaniya 17-ci (5,57 dollar) yeri tutub.

 

Ən böyük şərab istehsalçıları - Fransa 67-ci yerdə (7,82 dollar), İtaliya isə 40-cı yerdə (6,69 dollar) qərarlaşıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR