Merkel miqrantlara qarşı qaydaları sərtləşdirir

Merkel miqrantlara qarşı qaydaları sərtləşdirir

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlindəki terror aktından sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

AzVision.az BBC-ə istinadən xəbər verir ki, Merkel Almaniyada miqrantlara qarşı qanunvericiliyin sərtləşdiriləcəyini bəyan edib.

"Xüsusi xidmət orqanları ilə yanaşı daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”, - deyə A.Merkel bildirib.

Kansler, həmçinin qeyd edib ki, Almaniya qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımları atacaq.



OXŞAR XƏBƏRLƏR