Altı ay əvvəl dünyanın ən zəngini idi - İndi adı ilk üçlükdə də yoxdur

Altı ay əvvəl dünyanın ən zəngini idi - İndi adı ilk üçlükdə də yoxdur

Fransız lüks geyim məhsulları istehsal edən LVMH-nin qurucusu və icraçı direktoru Bernard Arnaultun sərvəti sürətlə azalır.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, altı ay əvvəl dünyanın ən zəngin adamı olan Arnaultun sərvəti ötən müddətdə 54 milyard dollar azalaraq beşinci yerə düşüb.

 

Arnault martın sonunda təxminən 231 milyard dollar sərvətə sahib idi və o, “Tesla”nın baş direktoru İlon Maskı və “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyaraq birinci yerə yüksəlmişdi. Moda nəhənginin sərvəti mart ayından bu yana 54 milyard dollar azalıb.

 

Sentyabrın 20-nə olan məlumata görə, Arnaultun sərvəti 177,1 milyard dollara düşüb.

 

Son məlumata əsasən, dünyanın ən varlı adamı Maskdır. Onun sərvətinin bazar dəyəri 256,4 milyard dollardır. Maskı 214 milyard dollar sərvəti ilə Bezos, 199,2 milyard dollar sərvəti ilə Zukerberq, 179,7 milyard dollar sərvəti ilə Lari Elison izləyir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Ukrayna daha bir nöqtədən HÜCUMA KEÇDİ - Əməliyyat genişlənir

Ukrayna ordusu Kursk vilayətinin başqa bir nöqtəsindən Rusiya ərazisinə daxil olub.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Ukrayna Hava Hüc...

Zodiakın ən saf və məsum BÜRCLƏRİ

Astrologiya həm də insanların xarakterləri və davranışları haqqında məlumat verir.  Bəzi bürclər təbiətcə daha məsum, saf və yaxşı niyyətli hesab olunurlar...

Sulu qar, leysan yağacaq, sel gələcək... - Bu tarixdən HAVA KƏSKİN DƏYİŞİR

Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Sfera...

Bu şirkət “İntel”i almaq istəyir: çip bazarında rəqabət güclənir

ABŞ-nin yarımkeçiricilər (çip) istehsalçısı olan “Qualcomm” şirkəti rəqibi “İntel” şirkətini almaq istəyir.   Sfera.az xəbər ...

Naxçıvana bileti “SİMA İmza” ilə ala bilərsiniz

AZAL oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayacaq. Bu yenilik sözügedən istiqa...

İlham Əliyev iranlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.   Sfera.az-ın məlumatına gör...