Çilidə güclü zəlzələ oldu

Kateqoriya məlum deyil
T
Çilidə 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 161 min insanın yaşadığı Kokimbo şəhərindən 35 km şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 64 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.






