İranda 5,2 maqnitudalı zəlzələ oldu - Yenilənib

İranda 5,2 maqnitudalı zəlzələ oldu - Yenilənib
Kateqoriya məlum deyil
T

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

 

Sfera.az xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

 

12:59

 

Bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

 

Zəlzələ nəticəsində 7 nəfərin yüngül xəsarət aldığı, bəzi evlərə ziyan dəydiyi bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR