“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

"Wildberries"in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI
Kateqoriya məlum deyil
T

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfəri 15 sutkalıq inzibati həbsə məhkum edib.

 

Bu barədə Sfera.az TASS-a istinadən xəbər verir.

 

Daha əvvəl Tver məhkəməsi bu məsələ ilə bağlı 6 nəfəri həbs etmişdi.

 

Beləliklə, iş üzrə inzibati həbsə məhkum olunanların ümumi sayı 19 nəfərə çatıb.

 

Xatırladaq ki, sentyabrın 18-də “Wildberries” onlayn mağazasının Moskvadakı ofisinin yaxınlığında atışma baş verib. Hadisə nəticəsində 2-si hüquq-mühafizə orqanı əməkdaşı olmaqla, 7 nəfər yaralanıb. 2 nəfər aldığı xəsarətlərdən ölüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR