Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür


Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana binası sökülür. Çoxları yataqxananın köçürülməsi ideyasını alqışlayır, lakin tarixi binanın itiriləcəyinə təəssüflənir.

Sfera.az bildirir ki, Haddersfilddəki tarixi “Storthes Hall” binası 1990-cı illərdə tələbə kampusuna çevrilib. Bu böyük mülk şəhərin tələbələrini yerləşdirmək üçün istifadə olunmazdan əvvəl müxtəlif məqsədlər üçün, o cümlədən 20-ci əsrin əvvəllərində psixi xəstəxana kimi istifadə edilmişdir.

Planlaşdırma ərizəsi ərazidəki binaları sökmək və onların yerində 261 ev tikmək üçün təsdiqlənib. Şəhər tədqiqatçısı Daniel Sims qeyd edib ki, tarixi binaların sökülməsi dəhşətli israfçılıq kimi görünür. Amma o, qeyd edib ki, kompleksin çox qaranlıq tarixi var.

“Storthes Hall” haqqında
 

“Storthes Hall” Qərbi Yorkşirdəki dördüncü və sonuncu psixi sığınacaq olub. Kəskin xəstəlikləri olan xəstələr üçün xəstəxana kimi nəzərdə tutulan birinci bölmə 1904-cü ilin iyununda açılıb. Burada yuxuda gəzənlər də müalicə olunurdu.
 

Baxmayaraq ki, əvvəlcə bura üç yüzdən bir qədər çox xəstəni müalicə etmək üçün nəzərdə tutulmuşdu, İkinci Dünya Müharibəsi illərində hərbi xəstəxana kimi təyinatı dəyişdirilib və xəstələrin sayı üç minə yüksəlib.
 

1960-cı illərdə “Storthes Hall”medianın gündəminə çevrilib. Burada xəstəxana işçilərinin xəstələri təhqir etdiyi aşkar edilib. Bu obyekt nasistlərin Belsen konsentrasiya düşərgəsi ilə müqayisə edilib, bura onların sözləri ilə “kabus yeri” və “cəhənnəm dəliyi” idi.

İstintaq isə keçmiş tibb bacısı Enn Litlvudun kitabının nəşrindən sonra başlayıb. Enn bildirib ki, xəstəxanada təkcə ruhi xəstələr deyil, həm də cəza psixiatriyasının tətbiqi aparılır. Onun sözlərinə görə, bura üsyankar gənc qızları, qumar borcu olan oğlanları, yaxud həyat yoldaşlarının canını qurtarmaq istədiyi qadınları zorla göndəriblər. Bir vaxtlar Asiyadan gətirilib ingilis dilini bilməyən çoxlu qızlar var idi, onları ərləri öz “vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə” görə bura göndərmişdilər.
 

Xəstələr ağır dərmanlarla müalicə olunurdu. Müalicə alanları bilərəkdən malyariyaya yoluxduraraq malyariya terapiyası təcrübədən keçirilmiş, xəstələrin kəllə sümüyündə deşik açılmış və sinir lifləri kəsilərək leykotomiya edilmişdir.


Xanım

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...