Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq


Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı hücum etməkdə ittiham olunur.
 

Sfera.az bildirir ki, Wendy Washick ot biçən qonşunun sinəsinə su tapançası vurub. Kişi polisə zəng edərək “fiziki hücuma məruz qaldığını” bildirib.
Sentyabrın 1-də Wendy Washik uşaqları ilə həyətdə manqal zamanı oynayarkən qonşusu ot biçirmiş. Wendi bu zaman təsadüfən qonşunun sinəsinə su tapançası vurub. O, dərhal üzr istədiyini iddia edir, lakin kişi ona qışqırmağa davam edib və bir anda polisə zəng edərək "fiziki hücuma məruz qaldığını" bildirib.
 

58 yaşlı qadın deyir: "Mənə bircə sual da vermədilər. Məndən onlara su tapançası göstərməyimi istəmədilər. Bir dənə də olsun sual soruşmadılar. Ərim çaşıb qalmışdı".
 

Yerli jurnalistlərdən hücumda istifadə edilən silahın su tapançası olduğunu təsdiqləməyi xahiş edən Ontario əyalət polisinin sözçüsü işin təfərrüatlarını şərh etməyin yersiz olduğunu deyib.
 

Bu hadisə Wendy Washick və ailəsinə çox pis təsir edib. O, Məktəb Şurasında təhsil üzrə köməkçi kimi işlədiyi üçün iş həll olunana qədər işə qayıda bilməz.


Qadın sentyabrın 24-də məhkəmə qarşısına çıxacaq. Ailə vəkillik xərcləri üçün pul toplamağa çalışır, lakin onun ittihamlarının xarakteri məsələni çox çətinləşdirir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...