Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi


Yüksək vəzifəli məmur 58 sevgilisi olduğu üçün həbs edildi

Çinli yüksək vəzifəli Zhong Yang korrupsiyaya görə həbs edilib. Amma qubernator postunu tutan məmurun 58 sevgilisinin olduğu üzə çıxmasaydı, bu xəbər o qədər də maraqlı olmazdı.
 

Sfera.az bildirir ki, 52 yaşlı Zhong Yang əvvəllər Quizhou əyalətinin Qiannan üzrə qubernatoru və partiya katibinin müavini vəzifələrində çalışıb. “Gözəl qubernator" ləqəbli Zhong Yang işçi ailəsində böyüyüb, tarix üzrə təhsil alıb və 22 yaşında Çin Kommunist Partiyasına qoşulub. O, Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) deputatı vəzifəsinə qədər yüksəlib.
 

O, 58 tabeliyində olan işçi ilə cinsi əlaqədə olmaq və təxminən 60 milyon yuan (8,5 milyon dollar) məbləğində rüşvət almaq da daxil olmaqla, qanun pozuntusuna yol verdiyinə görə 13 il həbs və bir milyon yuan (140 min dollar) cərimə cəzasına məhkum edilib.


Cəlbedici görünüşü ilə tanınan o, mətbuatda tez-tez "gözəl qubernator" kimi xatırlanıb. Zhong heç vaxt evlənməyib və övladı olmayıb. Zhong kənd təsərrüfatında əldə etdiyi nailiyyətlərə görə təltiflər alsa da, rüşvət və vəzifəsindən sui istifadə edərək, dövlət investisiyası adı altında əlverişli şirkətlərin gəlirli müqavilələr almasını da təmin edib.
 

Məsələn, o, yaxın münasibətdə olduğu bir iş adamı üçün yüksək texnologiyalı sənaye zonasında 170 min kvadratmetr torpaq sahəsinin işlənməsini təsdiqləyib. Ona yaxın olmayanlara isə sərfəli müqavilələrdən imtina edib.


Zhong, sevgililəri ilə vaxt keçirmək üçün "əlavə iş saatı" və "işgüzar səfərlər" kimi bəhanələrdən istifadə edərək, tabeliyində olan kişilərlə çoxsaylı əlaqələr qurub.
 

Bəzi kişilərin onun təklif etdiyi üstünlüklərə görə, bəzilərinin isə onun nüfuzundan qorxaraq bir əlaqəyə razılıq verdiyi bildirilir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...